Qırğızıstan-Özbəkistan sərhədlərinin delimitasiya prosesi yekunlaşdıbackend

Qırğızıstan-Özbəkistan sərhədlərinin delimitasiya prosesi yekunlaşdı

Qırğızıstan parlamenti bu gün Özbəkistanla sərhəddəki sonuncu mübahisəli ərazi ilə bağlı razılaşma layihəsini qəbul edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, parlamentarilər iki ölkə XİN başçılarının noyabrın əvvəllərində Kempir-Abad su anbarı ilə bağlı razılaşmanı təsdiq edərək iki ölkə arasında delimitasiya və demarkasiya prosesinə yekun vurub.

Qərarın lehinə 90 deputatdan 60-ı səs verib, 19 deputat əleyhinə çıxıb.

Sərhədlə bağlı sənəd Qırğızıstan və Özbəkistan prezidentləri Sadır Japarov və Şavkat Mirziyoyevin imzasından sonra qüvvəyə minəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*