Qırğızıstanda yüksək vəzifəli məmurlar həbs edildi – Nə baş verir?backend

Qırğızıstanda yüksək vəzifəli məmurlar həbs edildi - Nə baş verir?

Qırğızıstanda “75-lərin məktubu” işi çərçivəsində beş sabiq yüksək vəzifəli şəxs saxlanılıb.

KONKRET.az xəbər verir ki, onlar Kurсаn Asanov (keçmiş daxili işlər nazirinin müavini), Alı Karaşev (keçmiş deputat), Kurmanbek Dıykanbayev (prezidentin Joqorku Keneşdə sabiq səlahiyyətli nümayəndəsi), Emil Uzakbayev (Qırğızıstanın Özbəkistandakı keçmiş səfiri) və Bekbolot Talqarbekovdur (keçmiş baş nazir aparatının rəhbəri).

Bişkekin Pervomaysk Rayon Məhkəməsinin qərarı ilə onlar 10 aprelədək SİZO-1 istintaq təcridxanasında saxlanılacaqlar. Sabiq məmurlar kütləvi iğtişaşların təşkili şübhəsi ilə həbs ediliblər.

Saxlanılan şəxslər “75-lərin məktubu”nu imzalayanlar sırasındadır. Daxili İşlər Nazirliyinin məlumatına görə, onlar növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməyə çalışıb və əhali arasında təsdiqlənməmiş məlumatlar yayıblar.

Xatırladaq ki, daha əvvəl 75 Qırğızıstan vətəndaşı — alimlər, sabiq baş nazirlər, keçmiş deputatlar və ictimai xadimlər — prezident Sadır Japarova və Joqorku Keneşin sədri Nurlanbek Turğunbek uluya müraciət edərək yeni prezident seçkilərinin keçirilməsini təklif etmişdilər. DİN-in açıqlamasına görə, müraciətin bəzi müddəaları cəmiyyətdə geniş rezonans doğurub və ölkədə siyasi gərginliyi artırıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*