“Azərbaycan Respublikasının Prezidenti
Zati-Aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident,
Biz – ötən əsrin 20-30-cu illərində Vətənimizdən Mərkəzi Asiyaya sürgün edilmiş yurddaşlarımızın nəsillərinin nümayəndələri – Qırğız Respublikasının vətəndaşları, Sizinlə Ulu Öndərimiz Heydər Əliyevin əvəzsiz siyasi irsinin layiqli və uğurlu davamçısı kimi qürur duyur və fəxr edirik.
Tarixi Vətənimizin sevinci də, kədəri də bizimdir.
Biz otuz ildir bu günü gözləyirdik və Sizin Ali Baş Komandanlığınızla müzəffər Ordumuz hər gün yeni yaşayış məntəqələrini, yeni strateji nöqtələri, yeni yüksəklikləri işğalçılardan azad etdikcə qürurumuz, fərəhimiz yerə, göyə sığmır.
Bu gün döyüş meydanında biabırcasına uduzan, silahlı qüvvələrimizin doğma torpaqlarımızdan qovduğu Ermənistan ordusu cəbhə bölgəsindən çox-çox uzaqlarda yerləşən Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, digər şəhər və rayonlarımıza namərd zərbələri endirir, dinc insanları qətlə yetirir. Belə terrorlar dünya dillərinin leksikonuna keçən əsrin qırxıncı illərində daxil olmuş qorxunc “faşizm” ifadəsindən, bu qaragüruhun törətdiyi fəlakətlərdən də eybəcərdir. Lakin haqq-ədalət tezliklə onları cəzalandıracaq və işğal olunmuş bütün torpaqlarımızda Üçrəngli Bayrağımız dalğalanacaqdır.
Əminik ki, apardığınız bu uğurlu hərbi əməliyyatlara görə şəhidlərimizin və Azərbaycanı parçalanmaqdan xilas edən dahi Ulu Öndər Heydər Əliyevin ruhları şaddır.
Qırğızstanda yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının bu ölkədəki Səfirliyi ətrafında sıx birləşmiş və çoxsaylı dəyərli tədbirlər keçirərək Tarixi Vətənimizin həqiqətlərini vətəndaşı olduğumuz ölkəyə və bölgəyə yayırıq.
Azərbaycanmızın ərazi bütövlüyü və işğal altında olan torpaqlarımızın azad olunması uğrunda Ölkəmiz düşmənə qarşı həm ön cəbhədə, həm də informasiya və diplomatiya cəbhələrində mübarizəsini uğurla davam etdirir. Bu gün hər birimiz dünyada kök salmış erməni yalanlarını, hiylələrini, təxribatlarını, terrorlarını ifşa etmək üçün mübarizə aparırıq. Biz hazırkı informasiya mübarizəmizdə Ermənistan faşizminin törətdiyi dəhşətləri – günahsız insanların, uşaqların, körpələrin qətillərini ictimaiyyətə çatdırırıq.
Əziz Prezidentimiz,
Qırğızıstanda yaşayan azərbaycanlılar daim Sizin yanınızdadır və böyük qələbəyə nail olunması naminə Vətənimizə və Ordumuza hər cür dəstək verməyə hər an hazırıq. Bizim kimi minlərlə soydaşımız, o sırada müxtəlif nəsillərin nümayəndələri könüllü olaraq erməni cəlladlarına qarşı vuruşmaq və şəhid olmağa hər zaman müntəzirik.
Xalqımız Sizin rəhbərliyiniz altında uğurlar və parlaq qələbələr qazanmağa alışıb. İnanırıq ki, ən böyük Qələbəmiz Şuşada, Xankəndində, hələ ki, işğal altında olan hər şəhərimizdə, hər kəndimizdə Bayrağımız qaldıracağımız gün uzaqda deyil.
Biz Sizə inanır və güvənirik.
Bu çətin və müqəddəs mübarizədə Sizə və Ordumuza Uca Tanrıdan sağlamlıq, həmişə olduğu kimi – möhkəm dəyanət və sarsılmaz qətiyyət arzulayırıq”.
Dərin ehtiramla,
Qırğızıstanda məskunlaşan 20 mindən çox azərbaycanlı adından:
Akif Alaferdov – Qırğızstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyəyinin prezidenti, Qırğız Respublikasının Əməkdar həkimi, “Dank” (“Şöhrət”) ordenli̶
Qəzənfər Xəlil oğlu– iş adamı
Çingiz Baxişev – “Azvirt” MMC-nin Qırğız Respublikasında filialının baş direktoru
Əli İsgəndərov – polis polkovniki
Eldar Rəfibekov – tibb elmləri namizədi, həkim
Tahar Quliyev – Qırğız Respublikasının əməkdar nəqliyyat işçisi, “Dank” (“Şöhrət”) ordenli
Flora Xəlilova – Bişkekdəki 44 nömrəli orta məktəbin direktoru
Qəmərli Zakir – tibb elmləri doktoru, professor, Qırğız-Rusiya Slavyan Universitetinin kafedra müdiri, Qırğız Respublikasının əməkdar həkimi
Qiyas Xəlilov – “Lina” mebel fabrikinin sahibi, iqtisadiyyat elmləri doktoru, “Dank” (“Şöhrət”) ordenli̶
Əsəd Həsənov – İkinci Dünya müharibəsi veteranı, Qırğızstanın Əməkdar inşaatçısı
Adil Xəlilov – Qırğızstanın Əməkdar inşaatçısı, “Dank” (“Şöhrət”) ordenli
Tələt Hüseynov – Qırğızstan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzi Baş həkiminin müavini, Səhiyyə əlaçısı
Leyla İsgəndərova – Bişkek şəhərinin 44 nömrəli orta məktəbinin müəllimi
Nazim İsmayılov – polis polkovniki
Arif Qəmərli – kənd təsərrüfatı elmləri doktoru, professor
Aydın Alaferdov – Qırğızstan Respublikasının Prezidenti yanında əfv komissiyasının üzvü
Məlahət Məmmədova – Qırğız-Rus Slavyan Universitetinin İranşünaslıq Mərkəzinin direktoru
Anar Qasımov – hüquqşünas
Almaz Şirinov – iş adamı
Alla Qurbanova – Çuy vilayətinin 1 May kənd orta məktəbinin müəllimi
Mirqasım Allahverənov – Sokoluk Rayon Sovetinin deputatı, kənd təsərrüfatı elmləri namizədi
Aida Şirinova – “Slovo Qırğızstana” qəzetinin müxbiri
Təbriz Xaləfov – kənd təsərrüfatı elmləri namizədi, dosent
Rəhim Rəhimov – Kant şəhər Keneşinin (Sovetinin) deputatı
İndira İsgəndərova – həkim
Tamila Hacıyeva – Çuy vilayətinin Kitabxanasının direktoru
Aytekin Qəmərli – baytar həkim
Sərvər Abdulxayev – tibb elmləri namizədi
Ramil Əliyev – aspirant, Qırğı-Rusiya Slavyan Universitetinin müəllimi
Zuxra İsgəndərova – iş adamı
Mərifət Şirinov – “İmam Əli” məscidinin axundu