Qırğızıstanın təhsil və elm naziri rüşvət alarkən SAXLANILDIbackend

Qırğızıstanın təhsil və elm naziri rüşvət alarkən SAXLANILDI

Qırğızıstanın təhsil və elm naziri Almazbek Beyşenaliyev xüsusilə külli miqdarda rüşvət alarkən saxlanılıb.

KONKRET.azİnterfax“a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Xüsusilə külli miqdarda hədə-qorxu ilə rüşvət tələb etmə cinayət işi çərçivəsində Qırğızıstanın təhsil və elm naziri Almazbek Beyşenaliyev saxlanılıb”, – mətbuat xidmətindən bildirilib.

İdarədən verilən məlumata görə, hazırda respublikanın ali məktəblərinə əcnəbi tələbələrin qəbulu zamanı xüsusi külli miqdarda (110 min ABŞ dolları) rüşvət alma faktı araşdırılır.

Bildirilib ki, cinayət işinin istintaqı nəticəsində əlavə məlumat veriləcək.

Qeyd edək ki, Beyşenaliyev 2020-2021-ci illərdə təhsil və elm naziri vəzifəsində çalışıb. 2022-ci ilin fevralından o, yenidən bu vəzifəyə təyin olunub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*