Qarabağdan qovulmuş separatçıların Bakıda həbsdə olan generalları Levon Mnatsakanyan və David Manukan ailə üzvlərinə zəng ediblər.
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, separatçı generallar – qondarma ordunun komandanının müavini David Manukyanın qardaşı, Ermənistan parlamentinin deputatı Qeqam Manukyan yerli KİV-ə bildirib ki, telefon danışığı rus dilində aparılıb.
David Manukyan qısa söhbət əsnasında deyib ki, “Qırmızı Xaç”ın nümayəndələri hələ də ona baş çəkməyiblər.
“Azatutyun” radiosunun məlumatına görə, hazırda Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında olan separatçıların ordusunun keçmiş komandanı, general-leytenant Levon Mnatsakanyan ilk dəfə ailəsi ilə telefon əlaqəsi saxlayıb. “Qırmızı Xaç” hələ ki ona da baş çəkməyib.
Levon Mnatsakanyan 2015-2018-ci illərdə qondarma qondarma ordunun komandanı olub.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyindən bildirilib ki, nəinki adları çəkilən generallar, həmçinin qondarma qurumun keçmiş prezidentləri Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan da ziyarət edilməyib.
“Azatutyun” radiosunun məlumatına görə, Bakıda həbsdə olan qondarma rəhbərlərin – 8 nəfərin hamısı bu və ya digər şəkildə öz ailə üzvləri ilə əlaqə saxlayıblar.