Qızların şəklini bəyəndi deyə maaşından pul tutulacaq — Azərbaycanda qəribə hadisəbackend

Qızların şəklini bəyəndi deyə maaşından pul tutulacaq — Azərbaycanda qəribə hadisə

Bakının Sabunçu rayonunda 1998-ci il təvəllüdlü Mehdi ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nəcibəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

KONKRET.az demokrat.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin iyulun 12-də rayonun Sabunçu qəsəbəsində baş verib. Gədəbəy rayon sakini Mehdi həmin gün saat 22 radələrində yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu Nəcibə ilə şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı şillə ilə qadının üzünə, yumruqla başına və bədənin müxətlif nahiyyələrinə vurub.

Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 1 il əvvəl Nəcibə ilə sosial şəbəkə vasitəsi ilə tanış olub: “8 ay olar ki, onunla dini kəbin kəsdirmişik, aramızda ər-arvad münasibəti olub. Hadisədən əvvəl, son 8 gün olardı ki, məlum hadisə baş verən evdə yaşamağa başlamışdıq. Mən mebel mağazasında işləyirəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 12-də, saat 22 radələrində işdən gəldikdən sonra Nəcibənin qanının qara olduğunu görüb, ondan səbəbini soruşduqda isə öncə cavab verməyib: “Nəcibədən yenidən nə olduğunu soruşdu. Bu zaman dedi ki, gəl keçək otaqda söhbət edək. Otağa keçdikdən sonra dedi ki, internetdə qız şəkillərini bəyənmişəm. Mən də cavabımda köhnə şəkillər olduğunu bildirdim. Nəcibə bu cür hərəkətləri qəbul edə bilməyəcəyini bildirdi, mənə şillə vurdu. Bundan sonra mən də onu vurdum. Nəcibə mənim rəhmətə getmiş anam haqqında nalayiq sözlər işlətdi. Mən də onun ünvanına nalayiq sözlər dedim. Sonra Nəcibə anasına zəng etdi ki, polisə zəng etsin, gələrək məni aparsınlar. Nəcibəni telefonla danışa-danışa vurmamışam. Nəcibə məni vurduğu üçün mən də onu vurmuşam. Mən birlikdə olduğumuz bir il ərzində Nəcibəyə əl qaldırmamışam”.

Təqsirləndirilən şəxs deyib ki, Nəcibə onun telefonda bəyəndiyi şəkillərə görə mübahisə edib: “Şəkilləri əvvəllər bəyəndiyimi, həmin vaxt bunu izah edərək telefonu almağa çalışdım. Bu zaman Nəcibə psixi problemləri olduğu üçün özünü döydü, bu hərəkətləri qəbul etməyəcəyini dedi. Nəcibədən telefonu almaq istəyəndə dartdığı üçün ala bilmədim”.

Nəcibənin sözlərinə görə, Mehdi ilə birlikdə ər-arvad münasibəti ilə yaşayıblar: “Bizim toyumuz olmayıb. Toyu gələcəkdə etməyi düşünmüşük. Gecə saat 3 radələrində yaşadığımız evdə yataq otağında yatanda Mehdinin yatmasından istifadə edərək onun mobil telefonuna baxanda gördüm ki, əxlaqsız qadınların şəkillərini bəyənib. Həmin gecə Mehdiyə heç nə demədim. Səhər açılanda Mehdi işə getdi. Yenə də ona heç nə demədim. Həmin gün axşam saat 22 radələrində evdə olanda sakit tərzdə ondan əxlaqsız qızları bəyənməsinin səbəbini soruşdum. Mehdi əsəbləşərək mənə nalayiq söyüşlər söydü. Bundan sonra o, əsəbləşərək qəsdən əli ilə başıma, üzümə və bədənimin müxtəlif nahiyyələrinə vuraraq məni döydü”.

Zərərçəkmiş deyib ki, daha sonra anasına zəng edib: “Anam ilə danışan zaman da məni vurmağa davam etdi. Ailəmə qarşı nalayiq ifadələr işlətdi, bədən nahiyəmin onurğa hissəsindən vurdu. Anam gələrək taksi ilə məni oradan apardı. Sonrakı gün Mehdidən şikayət etmək üçün 12-ci Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etdim”.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Mehdi aylıq qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*