Qondarma rejimdə ÇAŞQINLIQ: “Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan keçid məntəqəsi yoxdur və olmayacaq”backend

Qondarma rejimdə ÇAŞQINLIQ: "Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan keçid məntəqəsi yoxdur və olmayacaq"

Ermənistan və Qarabağı birləşdirən yolda Azərbaycan keçid məntəqəsi yoxdur və olmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə qondarma qurumun Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Bu gün mediada və sosial şəbəkələrdə Rusiyanın sülhməramlı qüvvələrinin komandanı Andrey Volkovun müsahibəsi yayılıb və bunun əsasında Qarabağı Ermənistanla birləşdirən dəhlizdə Azərbaycan nəzarət-buraxılış məntəqəsinin quraşdırılacağı qənaətinə gəlinib. Biz Volkovla məsələni müzakirə etdik və bu zaman o, bəyan etdi ki, dəhlizdə nəzarət-buraxılış məntəqəsi olmayacaq” – deyə qondarma rejimin Milli Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd olunub ki, Volkov sülhməramlıların işini asanlaşdırmaq üçün yalnız texniki nəzarət vasitələrinin quraşdırılmasının nəzərdə tutulduğunu açıqlayıb.

“Yaxın vaxtlarda Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının rəhbərliyi bu məsələ ilə bağlı müvafiq bəyanatla çıxış edəcək” – deyə qanunsuz rejim bəyan edib.

Günel Mikayılova,

KONKRET.az

  • Məzahir
    Dekabr 7, 2022 - 22:28

    Nəzarət məntəqəsi ilk gündən olmalı idi! Hayları pis öyrətdik yenə!

Məzahir üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*