Ötən günlərdə gündəmi zəbrt edən bir-birinə qoşulub qaçdığı deyilən qudalardan xəbər var.
KONKRET.az xəbər verir ki, ATV telekanalının canlı efirinə gələn qudalardan biri – qızının nişanı pozulan Rizvan studiyaya gəlib. Zaur Baxşəliyevin “Bizimləsən” layihəsində iştirak edən Rizvan baş vermiş hadisələrdə özünü günahkar bilməyib və hər bir şeyin ağ yalan olduğunu bildirib:
“Sosial şəbəkələrdə belə bir xəbər yayıldı. Yanında 18 yaşında olan bir qadını necə qaçırtmaq olar? Bu ağ yalan idi. Bu yalanlar 45 ildə qazandığım hər şeyi əlimdən aldı. İllərlə dost, qardaş dediyim insanlar mənim yanımda olmadı. Onlar özlərinə görə haqlı idilər. Mən əzəldən bu nişanın pozulmasını istəyirdim. Qızımın nişanlı olduğu müddətdə qudalarım arasında, yəni ər-arvad arasında heç bir mehribançılıq görmədim.
Rizvan qudasının onunla birgə kənddən getməsinə aydınlıq gətirib:
“Yaqut haqqında kənddə irəli-geri söhbətlər gəzirdi. Mənim gücüm qızımı ayırmağa çatırdı, amma onun ürəyinə gücüm çatmırdı. Onları ayırmaq üçün və qudamın yaxşı yolun yolçusu olmadığını sübut etmək üçün qadına risk edib sevgi mesajı yazdım. O da buna qarşılıq verdi. Bununla da ətrafıma bəzi şeyləri sübüt etdim. Hər bir insan sağlam insanla yan-yana durmaq istəyir”.
Milli.Az