“Azərbaycan Prezidenti İlham Əliyev geri çəkilmək fikrində deyil. Ermənistanın Qərbə doğru meyllənməsi, Ermənistan hakimiyyətinin nümayişkaranə anti-Rusiya bəyanatları və jestləri Əliyevin planlarını gerçəkləşdirir”.
KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Qrant Mikaelyan deyib.
Onun sözlərinə görə, “ABŞ və Aİ Azərbaycana dəstəyini verməsə də, Ermənistanın səylərinə də ciddi yardım etmir. Qərb heç vaxt Ermənistanın obyektiv maraqlarına, Ermənistan ərazilərinin qorunmasına dəstək sözləri səsləndirmir. Bizə tam aydın, səmimi formada belə bir şey eşitməmişik. Əksinə, Avropa Ermənistanda yalnız hakimiyyətə dəstək verir və onlar mütəmadi olaraq Ermənistandakı tərəfdaşlarının hakimiyyət olduğunu deyirlər, açıq-aşkar cinayətlərə, insan haqlarının pozulmasına göz yumurlar, hətta onlara şərait yaradırlar.
Bundan əlavə, biz gördük ki, Brüssel Qarabağda “etnik təmizlənmə”də Azərbaycana təzyiq etmək əvəzinə Bakının ən mühüm enerji tərəfdaşı olması barədə bəyanatlar verdi. Bəli, Azərbaycan Qərbin çox mühüm regional tərəfdaşıdır. Bununla bağlı heç nə dəyişməyib.
Paşinyan faktiki olaraq yetim, Ermənistan isə kiçik, zəif ölkə olduğundan onu hər şeydə ittiham edirlər.
Bu təzyiq qarşısında hakimiyyət əraziləri mütləq təslim edəcək. Onlar artıq 35 sərhəd postu quraşdırıblar, 24 hərbi postu söküblər və bu, hələ başlanğıcdır.
Biz görürük ki, Rusiyanın Zəngəzur dəhlizində iştirakı məsələsi gündəmdən çıxarır. Ona görə də Ermənistan hakimiyyəti qismən bu dəhlizin tərəfdarına çevrilir. Yəni İrəvandakı indiki hakimiyyət Zəngəzur dəhlizinin əleyhinə deyildi, orada rus sərhədçilərinin yerləşdirilməsinə qarşı idi. Deməli, belə çıxır ki, bu, Qərbin gündəmidir, amma Ermənistanın gündəmi bu deyil”.
Günel Mikayılova,
KONKRET.az