“Quran”a hücum edənlər başqa dinlərin də düşmənləridir – AKP sözçüsübackend

"Quran"a hücum edənlər başqa dinlərin də düşmənləridir - AKP sözçüsü

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İsveçdə “Quran” kitabının yandırılmasına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

“Nifrətə nifrətlə qarşılıq vermək olmaz. Nifrətə qarşı insan ləyaqətinə daha çox sahib çıxaraq cavab verməyə davam edəcəyik. Bəşəriyyət əleyhinə cinayətlərə ən yaxşı cavab insan ləyaqəti əsasında daha böyük həmrəylik formalaşdırmaqdır. Nifrət siyasəti və faşizm bütün bəşəriyyəti təhdid edir. “Quran”a hücum edənlər başqa dinlərin müqəddəslərinə də düşmənləridir”, – deyə o qeyd edib.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda “Quran”ın yandırılması böyük etirazlara səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*