Qurban Məmmədovun oğlunun şirkəti üzə çıxdı – FOTObackend

Qurban Məmmədovun oğlunun şirkəti üzə çıxdı - FOTO

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı, mühacirətdə olan siyasi fəal Qurban Məmmədovun oğlunun şirkəti üzə çıxıb.

KONKRET.azın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, Londonda mühacirətdə olan Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov bu ayın 4-də İngiltərədə AZERFREEDOM MEDIA COMPANY LTD şirkətini qeydiyyatdan keçirib: “Reqistrasiya məlumatlarında göstərilib ki, 2-20 Lambert Street, Sheffield, England, S3 7AA ünvanında hüquqi qeydiyyata alınmış şirkət media sahəsində fəaliyyət göstərəcək. Baş direktoru 1982-ci il təvəllüdlü Qoşqar Məmmədovdur. Sənədlərdən məlum olur ki, Qurban Məmmədovun oğlu artıq İngiltərə vətəndaşlığını qəbul edib. Qoşqar Məmmədov bundan əvvəl, 2011-ci ildə Londonda BYTE IT LTD şirkətini açsa da, 2016-cı ildə şirkəti ləğv etmişdi”.

Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*