“Ramazan ayında kompot içmək olmaz”backend

"Ramazan ayında kompot içmək olmaz"

Ramazan ayı yaxınlaşdıqca iftar və imsaq zamanı qidalanma mövzusu cəmiyyətdə diqqət mərkəzindədir. Uzun müddət toxluq hissi verən qidaların seçilməsi oruc tutanların sağlamlığı və enerjisi üçün xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda bəzi qidaların qəbulundan çəkinmək tövsiyə olunur ki, həzm sistemi və ümumi sağlamlıq qorunsun.

KONKRET.az Dietoloq Dürrə İsmayılova Demokrat.az-a açıqlamasında bildirib ki, Ramazan ayında qidalanmağa hər zaman diqqət yetirmək lazımdır. Qəti şəkildə qazlı və şirin içkilər, hətta kompotlar da qadağan edilir:

“Ən yaxşısı odur ki, cəfəri limonla qarışdırılıb imsaqdan öncə qəbul olunsun, ardınca isə su ilıq şəkildə içilsin. İmsak vaxtında yeyiləcək qidalar həzm üçün vacibdir, çünki gün boyu maye qəbul edilməyəcək. İftarda ilk 1 saat yalnız maye qəbul etmək tövsiyə olunur, daha sonra isə yeməklə birlikdə salat yemək yaxşıdır, kələm, kök, cəfəri və bol zeytun yağı ilə hazırlanan salatlar üstünlük təşkil etməlidir”.

Dietoloq bildirib ki, Novruz bayramında da yeməklər imsaq və iftar vaxtına uyğun yeyilə bilər, ancaq şirniyyatlar və qoğal əvəzinə yaşıl borşlar və xaşlanmış ətlər seçilməlidir.

Üstünlük veriləcək qidalar arasında balıq və toyuq var. Marketdə satılan məhsullar ən azı bir ay idmançılar tərəfindən uyğun qidalanma rejimi ilə istifadə oluna bilər. Toxluq üçün isə imsaq vaxtı kofe içmək və ya kakos yağı ilə qida qəbul etmək məsləhətlidir” – o, qeyd edib.

Qeyd edək ki, düzgün qidalanma həm oruc tutanların enerjisini qoruyur, həm də həzm sisteminin sağlam işləməsinə yardımçı olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*