Ramin Bayramlının istefa verməsinin səbəbi – Deputatdan açıqlamabackend

Ramin Bayramlının istefa verməsinin səbəbiDeputatdan açıqlama

“Görünür, onun vəzifə səlahiyyətlərini icra etməsində, ona göstərilən etimadı doğrultmasında müəyyən problemlər olub ki, Ramin Bayramlı ərizəsini yazıb”.

KONKRET.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının istefasına aydınlıq gətirərkən deyib. Deputatın sözlərinə görə, demokratik inkişaf yolu keçən ölkələrdə vəzifədə olan bir şəxs istefa ərizəsini yazırsa, bu, müzakirə olunmur:

“Bu, yüksək səviyyəli vəzifədir. Dövlətimizin səhiyyə siyasəti Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta tərəfindən həyata keçirilir. Bu vəzifələrin birinci rəhbər şəxslərinə ölkə rəhbərliyi tərəfindən böyük etimad, inam göstərilir. Onlar da vəzifə səlahiyyətlərini çox yaxşı bilirlər ki, tutduqları vəzifənin məsuliyyəti nə deməkdir, görəcəkləri funksiyalar nədən ibarətdir. İstefa mədəniyyəti siyasi mədəniyyətin bir hissəsidir. Bu, Azərbaycanda da yavaş-yavaş formalaşır. Görünür, bu istefanın səbəbi Ramin Bayramlıya göstərilən etimadı yetərincə doğrulda bilməməsidir ki, ona görə də ərizəsini yazıb. Burada başqa bir səbəb görmürəm”.

Məlahət İbrahimqızı hesab edir ki, bəzən məmurun səhhətində elə bir ciddi problemi olur ki, vəzifəsindən asılı olmayaraq, istefa ərizəsi yazmağa məcbur olur:

“Amma görünən odur ki, o vəzifənin öhdəsindən gələ bilməkdə problem olub və Ramin Bayramlı istefa ərizəsini yazıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*