Ramiz Mehdiyevin çevriliş planı ilə bağlı məktub yayıldı – Nə yazılıb?backend

Ramiz Mehdiyevin çevriliş planı ilə bağlı məktub yayıldı - Nə yazılıb?

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə mediada məlumat verilib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, həmin məktubun Azərbaycan xüsusi xidmət orqanlarının əlinə keçdiyi barədə də informasiyalar yayılmışdı.

Bəziləri belə məktubun olmadığını, onun mövcudluğuna inanmadıqlarını iddia etsələr də, təqdim etdiyimiz fakt Ramiz Mehdiyevin, həqiqətən də, xarici ölkənin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı gerçəkləşdirmək xülyasına düşdüyünü göstərir.

Xüsusi qeyd etmək yerinə düşər ki, belə bir planı həyata keçirmək nə Ramiz Mehdiyevin, nə də onun əlaqə qurduğu dairələrin imkanında deyil. Sadəcə, buna cəhd etmək onun əsl riyakar xislətini nümayiş etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*