Türkiyəyə müalicəyə aparılan Xalq artisti Rasim Balayev həkim nəzarətində müalicəsini davam etdirir.
KONKRET.az xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Ülvi Balayev deyib.
O atası bir neçə gün əvvəl Türkiyəyə aparılıb və orada klinikalardan birində müalicəsini davam etdirdiyini deyib:
“Burada müalicə alırdı. Müalicələrin təsirindən immuniteti aşağı düşmüşdü, immunitet zəifliyi var idi. Ona görə də həkimlərin məsləhəti ilə Türkiyəyə getdi. Hazırda orada müalicəsi davam etdirilir. Həkimlər hələ ki, telefondan istifadəyə icazə vermirlər. Amma yanında qalan var, onun vasitəsilə məlumatlar alırıq. Demək olar ki, vəziyyəti stabildir”.
Xatırladaq ki, Xalq artisti Rasim Balayev uzun müddətdir şəkərli diabet və qan təzyiqi xəstəliyindən əziyyət çəkir. (Oxu.az)
