“Real”ın ulduzunun evi matç zamanı QARƏT OLUNDU – FOTObackend

“Real”ın ulduzunun evi matç zamanı QARƏT OLUNDU - FOTO

Madrid “Real”ının hücumçusu Kərim Benzemanın evi qarət edilib.

KONKRET.az Marca.com-a istinadən xəbər verir ki, hadisə İspaniya çempionatının 22-ci turu çərçivəsində “Real” – “Elçe” qarşılaşması (2:2) zamanı baş verib.

Mənbə yazır ki, oğrular evə daxil olmaq üçün məhz futbol oyununun keçirildiyi saatı seçiblər.

Evə bağçadan daxil olan oğruların hələlik evdən nə apardıqları və futbolçuya nə qədər maddi zərər dəydiyi məlum deyil.

Ulduz futbolçunun evi qarət olundu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*