“Real” onu heyətinə qatacaqbackend

Real” onu heyətinə qatacaq

“Real Madrid” “Bavariya”nın 23 yaşlı sol cinah müdafiəçisi Alfonso Davieslə şəxsi müqavilənin şərtləri ilə bağlı demək olar ki, tam razılığa gəlib.

Bu barədə “AS” xəbər yayıb.

Mənbənin sözlərinə görə, tərəflər əmək müqaviləsinin xırda detallarını həll etməlidirlər ki, bu da futbolçunun Madrid klubuna keçidinə mane olmayacaq.

Lakin hazırda 23 yaşlı futbolçunun transfer məbləği ilə bağlı “Bavariya” ilə hələ razılığa gəlinməyib.

“Real Madrid”in Münhen komandasına 25-30 milyon avro məbləğində təklif etməyə hazır olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*