Regionlara güclü qar yağır: Bakıya nə vaxt çatacaq?backend

Regionlara güclü qar yağır: Bakıya nə vaxt çatacaq?

Azərbaycanın bir sıra bölgələrində müşahidə olunan güclü qar yağıntısı hava şəraitinin kəskinləşməsi ilə bağlı narahatlıqları artırıb. Xüsusilə regionlarda yağan intensiv qarın paytaxta doğru irəliləyib-irəliləməyəcəyi ictimai maraq doğurur. Bəs, hazırda Azərbaycanın bəzi rayonlarında müşahidə olunan güclü qar yağıntısı Bakıya çata bilərmi?

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a bildirib ki, Bakı şəhərində qış fəsli (dekabr–fevral) özünəməxsus xüsusiyyətləri ilə seçilir. Onun sözlərinə görə, paytaxt üçün ən xarakterik cəhət güclü küləklərin tez-tez müşahidə olunmasıdır.

“Xəzri küləyi (soyuq şimal küləyi) temperaturu daha soyuq hiss etdirdiyinə görə ‘hiss edilən temperatur’ real göstəricidən aşağı olur. Yağıntılar əsasən yağış şəklində düşür. Qar nadir hallarda yağır və adətən qısa müddətli olur, həm də tez əriyir. Xəzər dənizinə yaxınlıq səbəbindən rütubətlilik yüksək olur. Buludlu və boz günlər isə üstünlük təşkil edir”, – deyə ekspert qeyd edib.

Cavid Hüseynovun sözlərinə görə, siklonik fəaliyyətlə əlaqədar olaraq soyuq atmosfer cəbhələrinin ölkə ərazisinə doğru irəliləməsi yaxın günlərdə hava şəraitinin dəyişməsinə səbəb olacaq.

“Belə ki, yanvar ayının 1-dən 3-dək ölkənin əksər ərazilərində havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda qar və şaxta, sahilyanı ərazilərdə isə nisbətən mülayim hava şəraiti, sulu qar, zəif qar və güclü küləklər müşahidə ediləcək”, – deyə ekspert əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*