Rəşad Dağlı məhkəmədə hadisədən danışdı – TƏFƏRRÜATLARbackend

Rəşad Dağlı məhkəmədə hadisədən danışdı - TƏFƏRRÜATLAR

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) özünü təqsirli bilib.

KONKRET.az xəbər verir ki, o, bu barədə Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə deyib.

Meyxanaçı bildirib ki, hadisə zamanı tanışı İskəndər Mehtiyevin əlində bıçaq olub: “Özümü müdafiə etməyə çalışdım”.

Xatırladaq ki, bu gün Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

  • Garachanta
    Noyabr 11, 2022 - 07:23

    Yazıqlar olsun bu millətə, meyxanaçı adam öldürüb- yəni Azərbaycanda Elm, Texnika və s. qalıb bir kənara. Sən Demə Bu Millətin Bir Dərdi Varmış-Meyxanaçı Dərdi. Bu xəbəri yazanlar da oxuyanlar da Nə Qədər Cahildir. Millətimizi Cahil Edən Elə Bu Jurnalistlərdir!! Sizin nə qədər şərəfsiz olduğunuz bir daha göründü-niyə hərbi texnikadan, onun mühəndisliyindən və elmindən yazmırsınız?

Garachanta üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*