Rəşid Mahmudov: “Mənə “Əməkdar müəllim” adı veriblər, neynirəm, əvəzində pul versinlər…”backend

Rəşid Mahmudov: “Mənə “Əməkdar müəllim” adı veriblər, neynirəm, əvəzində pul versinlər...”

Xəbər verdiyimiz kimi müğənnilər Elton Hüseynov və Xəyyam Nisanovun “Əməkdar artist” fəxri adına layiq görülməsi müğənni həmkarları tərəfindən birmənalı qarşılanmadı. Onlar da illərdir haqı olan bu ada layiq görülə bilmədikləri üçün təəssüfləndilər.

KONKRET.az xəbər verir ki, tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov moderator.az-a fəxri adları sənətçi üçün önəmli saymadığını bildirdi:

“Fəxri adları heç vaxt önəmli saymıram. Birinə Xalq şairi deyirlər. Heç qarışqanın şairi varmı? Ayıbdır. Şair elə xalqın şairidir. Müəllim xalqın, tələbənin müəllimidir. “Əməkdar müəllim”, “Əməkdar artist”, “Xalq şairi” kimi fəxri adlar ləğv edilməlidir, boş şeylərdir. Bu ad uğrunda dava edən adamları da qınayıram. Sənətini bilən və bilməyən var. Alim Qasımova nə ad verirsən ver, onsuz da o, Alim Qasımovdur. Bunlar hamısı gülməli şeylərdir. Mənim özümə “Əməkdar müəllim” adı veriblər və heç bu mənə lazım da deyil. Neynirəm onu? Onun əvəzində pul versinlər(gülür).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*