“Reuters”: “Rusiya və Türkiyə Dağlıq Qarabağ münaqişəsində barıtları quru saxlayır”backend

"Reuters": "Rusiya və Türkiyə Dağlıq Qarabağ münaqişəsində barıtları quru saxlayır"

Daha geniş qarşıdurma təhlükəsinə həssas olan Rusiya və Türkiyə hazırda Dağlıq Qarabağ münaqişəsindəki iştiraklarını humanitar yardım və bəzi hərbi yardımlarla məhdudlaşdırırlar.

Ankara dağlıq anklavdakı etnik ermənilərlə mübarizədə Azərbaycana güclü dəstəyini Türkiyənin beynəlxalq nüfuzunu artırmaq səylərinin bir hissəsi kimi görür. Moskva da Cənubi Qafqazdakı maraqlarını qorumaqda qərarlıdır.

Hərbi və siyasi analitiklərin fikrincə, son illərdə Azərbaycana silah tədarükünü artıran NATO üzvü Türkiyə Bakının Dağlıq Qarabağa hücumunu davam etdirəcəyi təqdirdə daha dərin hərbi müdaxilədən çəkinəcəkdir. Eləcədə, Ermənistanla müdafiə paktı olan Rusiyanın da Azərbaycanla yaxşı əlaqələri var. Ona görə də Azərbaycan Ermənistana hücum etməyəcəyi təqdirdə Rusiya münaqişəyə qoşulmayacaq.

Ona görə də günün sualı budur: “Kreml Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını istəyirmi?”

Fransa Aralıq dənizi Strateji Araşdırmalar Vəqfinin Akademik Direktoru Pyer Razu belə deyir: “Dünyada Azərbaycanın bir hissəsi kimi tanınan, lakin etnik ermənilərin yaşadığı və nəzarət etdiyi bölgədə 27 sentyabrda döyüşlər başladıqdan sonra minlərlə insan ölümdən qorxmağa başladı”.

Azərbaycan Prezidenti İlham Əliyev bazar günü ölkəsinin qoşunlarının Dağlıq Qarabağın ikinci böyük şəhəri olan Şuşanı aldığını söylədi.

Ermənistan rəsmiləri bunu təkzib etdilər, ancaq Türkiyə Prezidenti Tayyib Ərdoğan “Azəri qardaşlarını” təbrik etdi və Əliyevin açıqlamasının Azərbaycanın yaxın zamanda daha çox əraziyə nəzarəti bərpa edəcəyinə dair bir “işarə” olduğuna inandığını bildirdi.

Türkiyənin Azərbaycana verdiyi dəstək həyati əhəmiyyət daşıyır.

Ermənistanınsa əsas silah tədarükçüsü Rusiyadır. Baxmayaraq ki, Moskva Ermənistan kimi on illərdir Sovet İttifaqının tərkibində olan Azərbaycana da silah satır.

Rusiya qarşıdurmanın “Ermənistan ərazisinə” yayıldığı təqdirdə “lazımi bütün köməyi” göstərəcəyini bildirib. Adının açıqlanmamasını istəyən bir şəxs “Reuters”-ə danışıb ki, əlində Rus muzdlularının Dağlıq Qarabağa getməsi və ermənilər tərəfindən döyüşməsi barədə təsdiqlənmiş məlumatlar var. Ukraynanın şərqindəki Rusiyapərəst separatçıların keçmiş lideri Aleksandr Boroday əsasən erməni mənşəli bir ovuc Rusiya silahlısının özəl olaraq Dağlıq Qarabağa getdiyini, ancaq orada qala bilmədiklərini söyləyib. “Orada düzgün istifadə edilmədiklərini anladıqları üçün geri döndülər”, – dedi.

Baxmayaraq ki, Moskva və Ankara xarici döyüşçülərin mövcudluğunu sabitliyə təhdid kimi xarakterizə ediblər.

Ermənistan iki Suriya yaraqlısının ələ keçirildiyini bildirdikdən sonra, Ərdoğan Ermənistanın kürd terrorçularından istifadə etdiyini söylədi. Amma bu hesabatlar rəsmi olaraq təsdiqlənməyib.

Politoloq Fyodor Lukyanov “Rusiyanın Ukraynanın şərqindəki separatçıların Ermənistan ərazisinə “təsadüfən girməklərini” belə Moskva tərəfindən “təcavüzkar hərəkətlər” kimi qiymətləndirilməyəcəyini” bildirib.

Moskvanın Ankara ilə keçmiş böhranları aşan praktik münasibətləri var. Və hər ikisi də Azərbaycanın neft və qaz boru kəmərlərinin təhlükəsizliyindən narahatdır. Politoloq Azərbaycanın Ermənistana və yaxud İrəvanın şimal-qərbindəki Gümrüdəki Rusiya hərbi bazasına hücum edəcəyi təqdirdə Moskvanın münaqişəyə müdaxilə etməsi mümkündür”, – deyib.

“Rusiya Ermənistanın sərhədləri boyunca bir sıra postlar qurdu. Ancaq Putin bu qorumanın Ermənistanın daha çox dəstəyə ehtiyacı olduğu yerə – Dağlıq Qarabağa heç vaxt göndərməyəcəyini bildirdi”, – deyə Lukyanov fikrini tamamlayıb.

Uçuşların izlənilməsinə görə Ermənistan hava yolları ilə  Rusiyadan Ermənistana humanitar yardımların çatdırılması son həftələrdə xeyli artıb. Əvvəllər aviaşirkət Ermənistana poçt xidmətləri üçün kiçik tutumlu təyyarələrdən istifadə edirdi. Ancaq nəyə görəsə oktyabrın əvvəllərindən bu yüklər İl-76 hərbi təyyarəsi vasitəsi ilə daşınır. Və uçuşlar hər gün həyata keçirilir.

Cümə günü “Reuters”-in müxbirləri Moskvadan qalxan bir təyyarənin İrəvana endiyini müşahidə ediblər. Qırmızı xaçlarla işarələnmiş yükün çoxunun etiketində Ermənistanın Moskvadakı səfirliyi adı yazılmışdı. Avropanın “Atlantis” hava yollarına məxsus iki ticarət təyyarəsi “Airbus A320”- də oktyabrın əvvəllərindən bəri Rusiyanın cənub bölgələrindən Ermənistana humanitar yardım çatdırır.

Sentyabrın 24-də Türkiyə-Azərbaycan ortaq hərbi təlimindən sonra uçuşların izlənməsi məlumatları göstərir ki,  3 “A400” Türk Hava Qüvvələri ağır nəqliyyat təyyarəsi Azərbaycanın paytaxtı Bakıya uçuş həyata keçirmişdir.

“Türkiyənin Azərbaycana verdiyi dəstək “oyun qaydalarını dəyişdirdi”,  – deyə “Chatham House” düşüncə mərkəzinin Qafqaz proqramının direktoru Lourens  Broens bildirib.

“Əgər Azərbaycan Ordusu indiyə qədər olduğu kimi sürətlə irəliləsə, onda türk müdaxiləsinə ehtiyac qalmayacaq”, – deyən Broens əlavə edib ki, “Azərbaycanın irəliləməsi dayanarsa, Türkiyə çox güman ki, öz dəstəyini verəcək”.

“Reuters” Agentliyi.9 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*