Od olmasa, tüstüsü çıxmaz. YouTube ABŞ prezidentliyinə namizəd Robert Kennedinin müsahibəsini silib.
KONKRET.az xəbər verir ki, rus mediası həmin müsahibədən bəzi məqamları dərc edə bilib.
Kennedi həyəcanla bildirib ki, Birləşmiş ştatlarda krandan gələn içməli suyu sadə vətəndaşlar üçün ölüm mənbəyidir. Belə ki, suyun tərkibində “Atrazin” maddəsi olduğu üçün uşaqlar belə təhlükəli kimyəvi maddə qəbul etməli olur.
“Bu maddəni qurbağalarla dolu su çəninə qoysaq, bütün qurbağalar dişiyə çevrilər. Deməli, uşaqlarımız bu təhlükəli maddəyə görə “mavi” ola bilər”.
Bundan əvvəl o, ABŞ-ın ağıllı elitasının səsi sayıla biləcək bir sıra mühüm açıqlamalar verib:
“Dünyada təhlükəli nüvə müharibəsi gərginliyi yaşanır. Ruzvelt Stalinlə, əmim Con Kennedi Xruşşovla, Nikson Brejnevlə, Reyqan isə Qorbaçovla dil tapa bilmişdi. Bəs yaxşı Bayden Putinlə niyə bir masa arxasında otura bilməz?
Bu gün ABŞ hökumət rəsmiləri şiddətli qarşıdurma yolu ilə qlobal hegemonluqlarını qorumaq üçün İraq, Suriya və indi Ukraynadan istifadə etdikləri kimi Tayvanı geosiyasi oyuncaq kimi istifadə etməyə çalışırlar.
Çoxları Putin və Zelenski arasında vasitəçilik etməyə çalışsa da, ABŞ nədəncə müharibənin davam etməsini istəyir. Biz əmim Con Kennedinin məsləhətinə əməl etməliyik: “Nüvə gücləri düşməni iki seçim qarşısında qoyan qarşıdurmadan qaçmalıdır: ya alçaldıcı geri çəkilmə, ya da nüvə müharibəsi”.
Qeyd edək ki, İsveçrənin “Syngenta” agrokimya şirkəti tərəfindən istehsal edilən atrazin, 1959-cu ildə Birləşmiş Ştatlarda istifadə üçün qeydiyyatdan keçib. Bu maddə heyvan və insanlarda ciddi sağlamlıq problemlərinə səbəb olur. Atrazin bitkilərin böyüməsinə mane olan yabani otlara qarşı fermerlər tərəfindən geniş istifadə olunur.
Avropa Birliyində bu maddə 2004-cü ildən bəri qadağan edilib.
Natiq Səlim,
KONKRET.az