“Rossiya 24” sovet təbliğatını parodiya edib, amma tamaşaçılar fərqi görməyibbackend

"Rossiya 24" sovet təbliğatını parodiya edib, amma tamaşaçılar fərqi görməyib

“Rossiya 24” telekanalının xəbərlər proqramında sovet təbliğatı parodiya edilib, amma tamaşaçıların çoxu bunu sona qədər anlamayıb.

Yalnız aparıcının xəbərləri yekunlaşdırarkən dediyi sözlərdən sonra bir çox rusiyalı tamaşaçı anlayıbmış ki, bu, özünəistehza imiş və onlar “əsl xəbərlər”ə yox, “sovet dövrünün ruhunda xəbərlərə” baxırmışlar.

Sovet təbliğatını parodiya edən xəbərlər proqramı heç bir xüsusi əsas olmadan ötən cümə günü efirə çıxıb.

Görünür, Rusiya dövlət telekanalının redaktorları Soyuq Müharibə dövründə sovet təbliğatını parodiya etməklə tamaşaçıları Sovet İttifaqının atmosferinə salmaq istəyiblər.

Nəticə etibarilə aydın olub ki, hazırkı dövlət televiziyasının dili sovet dövründəkindən elə də fərqlənmir.

“Moskva yaxşılaşır”

“İşçilər üçün yaşayış sahəsi”, “Rekord məhsul”, “Kommunizm xəyalları”, “Düşmən keçməz” və “Dissidentin taleyi” başlıqları olan süjetlər SSRİ Mərkəzi Televiziyasının xəbərlər proqramı olan “Zaman, İrəliyə”nin musiqisi altında elan edilib.

“Paytaxt həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı dövlət tapşırığını yerinə yetirmək üçün ön sıradadır” deyən aparıcı Moskvada orta dəyəri 2.9 milyon rubl olan 11 kvadratmetrlik mənzillərin satılmasından bəhs edib.

“Qəhrəman Moskva şəhərinin yeni əraziləri daha da gözəlləşir, qonaqpərvər olur”, müxbir Zinaida Kurbatova deyir.

Müxbir asanlıqla və aydın zövqlə Sovet dövrünə xas ədalarla çıxış edir.

“İnşaatçıların və mühəndislərin yüksək səviyyəli təhsili və mədəniyyətinin insanlar arasında hörməti yüksəkdir və mikro-mənzillərin yaradılmasında dost Cənub-Şərqi Asiyanın təcrübəsi nəzərə alınıb”, deyə müxbir kiçik mənzillərin işçilərin bütün ehtiyaclarını nəzərə alaraq tikildiyini izah edir.

Aparıcı və müxbirlərin yumoru süjetlərdəki kifayət qədər ciddi danışırmış kimi görünən mütəxəssislərin ifadələrindən və faktlarından ayrılmır.

Buna görə satiranın təsiri gah görünür, gah da yox olur.

Məsələn, Daşınmaz Rieltorlar Gildiyası rəhbərinin müavininin “belə mənzillər tikilibsə, demək buna səbəb var” deyərkən zarafat edib-etmədiyi tam aydın deyil.

Aparıcı Kazakov Vladimir Putinin texnologiya yarışmasının qalibləri ilə söhbətini əsaslı və hərtərəfli adlandırır. Putin müəlliflərin verilişdə “yoldaş” adlandırmadığı yeganə rus siyasətçisiydi.

“Beynəlxalq hərəkat Worlds Skills ölkəmizdə kök saldı və mahiyyətcə ümummilli hala gəldi”, Putin ekranda görünməyə davam edir. Artıq izləyicilərə aydındır ki, onlarla zarafat edirlər, amma kim?

“Boşuna çabalama, yırtıcı şahinlər”

Xəbərlərin ikinci hissəsi beynəlxalq gündəmə həsr olunub.

“Dərc edilmiş bülletenə görə, hava məkanında heç bir qanun pozuntusu baş verməyib. Vaşinqton öz əzələlərini nə qədər şişirdirsə, şişirtsin, buna imkan verilməyəcək. Sərhəd qala olduğuna görə, yırtıcı şahinlər boşuna çabalayır”.

Bu cümlələr Kalujski vilayətindəki “Yars” raket kompleksi barədəki süjetindən idi.

Müxbir dünyada müdafiə sənayesini ilhamlandıran Rusiya elmindən bəhs edir, daha sonra Çinin Sohu qəzetindən sitat gətirir ki, yaxın on ildə ABŞ Rusiya tərəfinə hətta göz gəzdirməyə belə cəsarət etməz.

Verilişin ortasında Çilidəki aksiyalarla bağlı sujet verilsə də, satira ilə ciddiliyin sərhəddi yenə də pozulur.

Ötən həftə ABŞ Dövlət Departamenti Rusiya trollarını sosial şəbəkələr vasitəsilə vəziyyəti gərginləşdirməkdə ittiham edib.

“Aydın deyil ki, siyasi elita bizim dövlətimizin Latın Amerikasındakı qanlı hadisələrlə bağlı olduğu qərarına necə gəliblər”, reportajın sonunda deyilir.

“Biz Vaşinqtonun yalanlarını ifşa etdiyinə görə Corc Podqorniyə təşəkkür edirik,” deyə aparıcı süjeti yekunlaşdırır.

“Aparıcı nəsə yeyib”

Görünür, sosial mediada buraxılışı çoxu anlamayıb və veriliş müəlliflərini partiya xəttinə həddindən artıq sadiq olmaqda məzəmmət ediblər.

Denis Rojiqov adlı istifadəçi yazıb ki, “aparıcılar birlikdə nəsə yeyiblər?”

“Twitter” istifadəçiləri daha çox “11 kv metrlik mənzillə bağlı” süjetdən əsəbiləşiblər.

Çoxu ironiyanı anlamayıb, çünki 11 kv metrlik mənzil həqiqətən də 3 milyon rubla təklif edilir.

Bəziləri də özünəistehzanı qiymətləndiriblər.

“Yaxşı, bu Rossiya 24-də əsl təşviqat və təbliğat idi”, aparıcı Aleksey Kazakov 1 saatlıq xəbərlər buraxılışını yekunlaşdırarkən deyib.

Təəssüf ki, bir çox tamaşaçı satirik bir şou ilə qarşılaşdığını yalnız bu an anlayır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*