“ABŞ Rusiyanın Ukrayna böhranı ilə bağlı mövqeyini başa düşür”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Biz Rusiyanın mövqeyini anlamağa çalışmışıq. Amma indi bunu daha yaxşı başa düşürük. Qeyd etməliyəm ki, müharibənin hərbi həll yolu yoxdur. Çünki danışıqlar uğursuz olsa, Ukrayna çətin vəziyyətlə üzləşəcək. Bu halda Rusiya daha ağır sülh şərtləri irəli sürəcək”, – Rubio vurğulayıb.
Müşviq Tofiqoğlu