Rus ordusunun bölgədəki şübhəli fəallığı – Müdafiə naziri xəbərdarlıq etdibackend

Rus ordusunun bölgədəki şübhəli fəallığı – Müdafiə naziri xəbərdarlıq etdi

Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer Rusiyanı qoşunlarının Ukrayna ilə sərhəd yaxınlığındakı fəallığına aydınlıq gətirməyə çağırıb.

KONKRET.az xəbər verir ki, nazir rus ordusunun bölgədəki aktivliyinin şübhəli olduğunu bildirib.

“Rusiyanın gizlədəcək bir şeyi yoxdursa, o zaman qoşunlarının bölgədəki davranışlarının hansı məqsədə qulluq etdiyini asanlıqla izah edə bilər”, – Karranbauer deyib.

Bundan əvvəl Fransa Xarici işlər naziri Jan-İv Lyö Drian da oxşar açıqlama ilə çıxış etmişdi.

Onun sözlərinə görə, Rusiya bölgədəki hərbi aktivliyini şəffaf şəkildə açıqlamalıdır.

Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*