Rus “Tu-95″ləri Tsuşima adasında göründü: Yaponiya qırıcıları havaya qaldırdıbackend

Rus "Tu-95"ləri Tsuşima adasında göründü: Yaponiya qırıcıları havaya qaldırdı

Rusiyaya məxsus iki “Tu-95MS” strateji bombardmançı təyyarəsi Şərqi Çin və Yapon dənizləri üzərində patrul edərkən Tsuşima adasının yaxınlığında görünüb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Özünümüdafiə Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Bildirilib ki, Yaponiya qırıcıları havaya qaldırılıb və heç bir qanun pozuntusu aşkar edilməyib.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 30-da Rusiya Aerokosmik Qüvvələrinin “Tu-95MS” strateji raketdaşıyıcılarından və Çin Hərbi Hava Qüvvələrinə məxsus “Xun-6K” strateji bombardmançılarından ibarət aviaqrup Yaponiya və Şərqi Çin dənizlərində hava patrulları həyata keçirib. Rusiya raketdaşıyıcılarının uçuş müddəti səkkiz saata yaxın olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*