Rusiya 30 Britaniya vətəndaşını stop siyahısına saldıbackend

Rusiya 30 Britaniya vətəndaşını stop siyahısına saldı

Rusiya Böyük Britaniyanın 30 PR və müdafiə strukturunun rəhbərini sanksiyalar siyahısına daxil edib, Moskva onları “anti-Rusiya informasiya gündəmini koordinasiyalı şəkildə təbliğ etməkdə” ittiham edir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb .

“Anti-Rusiya informasiya gündəliyinin koordinasiyalı şəkildə təbliğinə cavabdeh olan Britaniya strukturlarının 30 rəhbərinin, habelə Böyük Britaniyanın müdafiə lobbisinin nümayəndələrinin Rusiyanın “stop siyahısı”na daxil edilməsi barədə qərar qəbul edilib”, – nazirliyin bəyanatında deyilir.

“Stop siyahısı”na, İctimaiyyətlə Əlaqələr və Kommunikasiyalar Assosiasiyasının baş direktoru, PR Network şəbəkə marketinq strukturunun həmtəsisçisi və kimyəvi və bioloji mühafizə üzrə ekspert daxildir.

“Rusiyanın “stop siyahısı”nın genişləndirilməsi üzrə işlər davam etdiriləcək”, – Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

Avqustun əvvəlində Moskva sanksiya siyahısına 39 Britaniya vətəndaşını əlavə edib : siyasətçilər, iş adamları və jurnalistlər, o cümlədən Britaniyanın keçmiş baş naziri Devid Kemeron .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*