Rusiya bazarında Azərbaycan xurmasının satışı azaldı – SƏBƏBbackend

Rusiya bazarında Azərbaycan xurmasının satışı azaldı - SƏBƏB

Azərbaycan xurması Rusiya bazarındakı rəflərdən sıxışdırılır.

KONKRET.az xəbər verir ki, buna səbəb Rusiyanın Krasnodar bölgəsində və Dağıstanın cənubunda – Dərbənd, Məhərrəmkənd və Süleyman-Stal bölgələrində yetişdirilən xurma məhsulunun xeyli artmasıdır.

Ümumilikdə Dağıstanda 360 hektar sahədə xurma əkilib. Son vaxtlara qədər Rusiya bazarına xurmanın əsas tədarükçüləri Azərbaycan və İran olub. Ancaq son illərdə Dağıstan meyvələri getdikcə artmaqdadır.

Dağıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi bildirir ki, bu meyvə üzrə məhsuldarlıq getdikcə artır. Klassik əkin sxemi ilə bir hektarda məhsuldarlıq 200 sentnerə çatmaqla 400 ağac yetişdirilir. Daha sıx əkin olan ərazilərdə hər hektarda artıq 666 ağac var və müvafiq olaraq məhsuldarlıq daha yüksəkdir, bu isə 300 sentnerdən çox məhsul deməkdir.

Ən böyük xurma plantasiyaları azərbaycanlıların daha çox yaşadığı Məhərrəmkənd rayonunda yerləşir. Təşəbbüs 2000-ci illərin əvvəllərində öz sahəsində bağ salmış Tağırkənt-Qazmalar kənd sakini Teymur Həbibova məxsusdur. Digər kənd sakinləri də ondan nümunə götürüblər.

Xurmadan əlavə, Dərbənd və ona yaxın rayonlarda şimal bananı, Çin xurması, kivi, zeytun, feyxoa kimi məhsullar da yetişdirilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*