Beynəlxalq Enerji Agentliyi (IEA) oktyabr ayında Rusiyanın neft və neft məhsulları ixrac gəlirlərində yeni sanksiyaların tətbiqi və qlobal qiymətlərin aşağı düşməsi səbəbindən azalma qeydə alıb.
KONKRET.az xəbər verir ki, bu barədə agentliyin aylıq hesabatında deyilir.
Oktyabr ayında Rusiyanın neft və neft məhsulları ixrac gəlirləri 13,13 milyard dollar təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 380 milyon dollar və ötən ilin eyni ayı ilə müqayisədə 2,31 milyard dollar azdır.
Hesabata görə, fiziki təchizat həcmi gündə 7,35 milyon barelə (b/g) düşüb ki, bu da əvvəlki ayla müqayisədə 150.000 barel/gündə və 2024-cü ilin oktyabr ayı səviyyəsindən 80.000 barel/gündə aşağıdır.
Hesabatda qeyd olunur ki, “Neft emalı zavodlarına dəyən ziyan benzin ixracına qoyulan qadağa müddətini uzada bilər.
Agentliyin məlumatına görə, Rusiya neftinin qiymətinin düşməsi ixrac gəlirlərinin əvvəlki aya nisbətən 420 milyon dollar azalmasına səbəb olub. Bu arada, neft məhsullarının satışından əldə edilən gəlirlər qazoyl qiymətlərinin artması səbəbindən 40 milyon dollar yüksəlib.
BEA Rusiya üçün neft hasilatı proqnozunu 9,3 milyon barel/gün olaraq saxlayıb, lakin əhəmiyyətli dərəcədə aşağı düşmə riski barədə xəbərdarlıq edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
