Rusiya Devid Kemeronu qara siyahıya saldıbackend

Rusiya Devid Kemeronu qara siyahıya saldı

Rusiya Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron da daxil olmaqla, qara siyahıya salınmış britaniyalı vətəndaşların sayını 39-a çatdırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Böyük Britaniya hökuməti tərəfindən Rusiyanın ictimai-siyasi dairələrinin nümayəndələrinə, daxili iqtisadi operatorlara və KİV-lərə qarşı sanksiyaların davamlı tətbiqi ilə əlaqədar olaraq, bir sıra şəxslər Rusiyanın qara siyahısına daxil edilib. Bu qərar Londonun düşmənçilik kursuna töhfə verən Britaniya siyasətçiləri, iş adamları və jurnalistlərin ölkəmizdən demonizasiya olunması və beynəlxalq təcrid edilməsinə yönəlib”, – bəyanatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*