Rusiya heç bir güzəştə getməyəcək – Səfirbackend

Rusiya heç bir güzəştə getməyəcək – Səfir

Rusiya ABŞ və NATO ilə təhlükəsizlik təminatı ilə bağlı danışıqlarda heç bir güzəştə getməyəcək.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin deyib.

“Dəqiq və aydın deyilib – heç bir güzəştə getməyəcəyik, bu, bizim prinsipial mövqeyimizdir”, – Kelin rus mediasına açıqlamasında bildirib.

O bildirib ki, Rusiyaya Avropada təhlükəsizliklə bağlı bir sıra məqamların müzakirəsi təklif olunur:

“Şübhəsiz ki, onların hər biri vacibdir – silahlar üzərində nəzarət, orta və yaxın mənzilli raketlərin Avropada yerləşdirilməsinə qadağa, şəffaflıq və etimadın yaradılması. Əgər bunların hamısını birgə müzakirə etsək, onda bizim əsas və prinsipial tələbimiz – NATO-nun genişlənməyəcəyi barədə dəqiq hüquqi təminat almalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*