Rusiya İstintaq Komitəsi Nepaldakı təyyarə qəzası ilə bağlı cinayət işi açdıbackend

Rusiya İstintaq Komitəsi Nepaldakı təyyarə qəzası ilə bağlı cinayət işi açdı

Rusiya İstintaq Komitəsi Nepalda Rusiya Federasiyasının 4 vətəndaşının ölümü ilə nəticələnən təyyarə qəzası faktı ilə bağlı cinayət işi açıb.

KONKRET.az xəbər verir ki, bu barədə idarənin teleqram kanalında məlumat verilib.

Qeyd edək ki, yanvarın 15-i səhər saatlarında Yeti Hava Yollarına məxsus “ATR 72” təyyarəsi Nepalın Poxara şəhərindən paytaxt Katmanduya daxili reys həyata keçirib. Təyyarə Kaski şəhərinin Poxara rayonunda qəzaya uğrayıb. Təyyarədə olan 72 nəfərin 68-nin (4 Rusiya vətəndaşı) öldüyü bildirilir.

Nepal hakimiyyəti qəzaya uğrayan “ATR 72” təyyarəsinin göyərtəsində olan sərnişinlərin siyahısını dərc edib, o cümlədən dörd Rusiya vətəndaşının: Yelena Banduro, Viktoriya Altunina, Yuri Lıqin və Viktor Lıqin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*