Rusiya mətbuatı: Ukrayna ordusu hərbi əməliyyatlara başladı — Ağır döyüşlər gedirbackend

Rusiya mətbuatı: Ukrayna ordusu hərbi əməliyyatlara başladı — Ağır döyüşlər gedir

Hazırda Qorlivka şəhərində ağır döyüşlər gedir, şəhərin ətrafı darmadağın edilir.

“Ukrayna silahlı qüvvələri səhərə yaxın 5.30-dan etibarən Qorlivka şəhərinin qərb və şimal-qərb ətraflarını iriçaplı pulemyotlardan, qumbaraatanlardan və minaatanlardan atəşə tutur. Atəşin intensivliyi 6 saata yaxın ardıcıl olaraq səngimir. Demək olar ki, şəhərin bütün ərazilərində mərmilərin partlaması və atışma səsləri eşidilir. Sakinlərin bildirdiyinə görə, bəzi ərazilərdə, xüsusən də Mayorsk yaxınlığında döyüşlər başlayıb ”, – mətbu orqanı yazır.

KONKRET.az “Regnum”a istinadən xəbər verir ki, noyabrın 21-də də Donbasda atışmalar olub.

Son vaxtlar Kiyev Donbasda nəzarəti ələ keçirmək üçün əks-hücum əməliyyatlarını aktivləşdirib./ölkə.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*