Rusiya onları “persona non-qrata” elan etdibackend

Rusiya onları “persona non-qrata” elan etdi

Rusiya 5 İsveç diplomatını “persona non-qrata” elan edib.

KONKRET.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada İsveçin aprelin 25-də 5 rus diplomatını “persona non-qrata” elan etdiyi bildirilib.

Bunun “düşmənçilik” addımı olduğu və ikitərəfli münasibətləri çətin vəziyyətə saldığı vurğulanıb.

Bu səbəbdən İsveçin Moskvadakı səfiri Malena Mard nazirliyə çağırılıb.

Bundan əlavə, Rusiyanın Göteborqdakı Baş Konsulluğunun sentyabrın 1-dən etibarən fəaliyyətini dayandırmaq qərarına gəldiyi bildirilib.

“Səfirə həmçinin məlumat verilib ki, Rusiya tərəfi 2023-cü il sentyabrın 1-dən İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verilmiş icazəni ləğv edib”, – açıqlamada qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*