Rusiya ordusunda külli miqdarda korrupsiya müəyyən olundubackend

Rusiya ordusunda külli miqdarda korrupsiya müəyyən olundu

Aşağı keyfiyyətli quru qidaların tədarükü zamanı Rusiya Müdafiə Nazirliyinə dəyən ziyan ən azı 1,3 milyard rubl təşkil edir.

KONKRET.az xəbər verir ki, TASS bu barədə  Rusiya hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb: “Departament təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldıra bilər. İstintaq başa çatdıqdan sonra buna qərar veriləcək”, – deyə hüquq-mühafizə orqanlarından agentliyə bildiriblər. Pulun bir hissəsinin müsadirə olunduğu və ya müttəhimlərin hesablarına həbs qoyulduğu bildirilir. Təqsirləndirilən şəxslər müəssisənin keçmiş rəhbərləri- Aleksandr Mixaylenko, Valeri Kovaleviç və Elvira Smirnovadır. Təqsirləndirilənlər arasında istintaq təcridxanasında dünyasını dəyişən iş adamı İqor Kotelnikov da olub.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*