Rusiya Putinin həbsinə order verən prokuroru AXTARIR – FOTObackend

Rusiya Putinin həbsinə order verən prokuroru AXTARIR - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunu axtarışa verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” agentliyin məlumat bazasına istinadən yazır.

Rusiya Daxili İşlər Nazirliyi prezident Vladimir Putinin həbsinə order verən Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Əhməd Xanı axtarışa verib.

Daxili İşlər Nazirliyinin kartında Xanın cinayət maddəsi ilə axtarışda olduğu göstərilir. Hansı maddə üzrə olduğu dəqiq göstərilməyib.

Xatırladaq ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib. Müvafiq qərarı prokuror Kərim Əhməd Xan verib.

Eyni zamanda, Rusiya Federasiyasında uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verilib.

Məhkəmənin fikrincə, Putin və Lvova-Belova “Ukraynanın işğal olunmuş ərazilərindən əhalinin (uşaqların) Rusiya Federasiyasının ərazisinə qanunsuz deportasiyası ilə bağlı hərbi cinayətlərə görə məsuliyyət daşıyırlar”.

Müəlliflər həmçinin qeyd ediblər ki, “cinayətlərin ən azı 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın işğal olunmuş ərazisində törədildiyi iddia edilir”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə cavabında bildirib ki, ölkə BCM-nin Roma Əsasnaməsinin iştirakçısı deyil və ona görə öhdəlik daşımır.

“Rusiya bu qurumla əməkdaşlıq etmir və Beynəlxalq Ədalət Məhkəməsindən gələn mümkün həbs “reseptləri” bizim üçün qanuni olaraq etibarsız olacaq”, – o, telegram kanalda yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*