Rusiya qazının Fransaya axını tamamilə DAYANDIbackend

Rusiya qazının Fransaya axını tamamilə DAYANDI

İyun 15-dən etibarən Rusiyanın enerji şirkəti “Qazprom” tərəfindən Fransaya verilən təbii qaz axını dayandırılıb.

KONKRET.az xəbər verir ki, bunu Avropa və Fransanın ən böyük təbii qaz paylayıcılarından olan “GRTGAZ” açıqlayıb.

Bildirilir ki, Rusiyanın “Şimal axını” ilə təbii qaz nəqlini azaltdıqdan sonra Almaniyadan Fransaya fiziki qaz axını kəsilib. Fransa bundan sonra Rusiyadan təbii qaz almayacağını bəyan edib.

Açıqlamada Fransanın qaz ehtiyatının 50 faizdən 56 faizə yüksəldiyi, fasiləyə baxmayaraq ölkədə enerji qıtlığının yaşanmayacağı da qeyd edilib.

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek Rusiya qazını Almaniyaya daşıyan “Şimal axını”nda tədarükün kəsilməsini siyasi motivli adlandırıb və “Qazpromu” qazın qiymətini yüksəltmək cəhdində ittiham edib.

Qeyd edək ki, Fransa qaz idxalının 17 faizini boru kəməri və LNG gəmiləri vasitəsilə Rusiyadan həyata keçirirdi. Rusiyanın enerji şirkəti “Qazprom” bu yaxınlarda “Şimal axını” ilə qaz nəqlinin sutkada 167 milyon kubmetrdən 67 milyon kubmetrə düşdüyünü açıqlayıb. Fasiləyə səbəb kimi Almaniyanın Siemens şirkətinə texniki xidmət üçün göndərilən bəzi texniki avadanlıqların hələ də geri qaytarılmaması göstərilib.Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*