Rusiya şirkəti İrəvanda metro tikəcək – Erməni KİVbackend

Rusiya şirkəti İrəvanda metro tikəcək - Erməni KİV

Rusiya şirkəti İrəvanda metro tikəcək Rusiyanın “Metrogiprotrans” şirkəti İrəvanda yeni metro stansiyası layihələndirəcək və yaxın zamanlarda inşasına başlayacaq.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, “Metrogiprotrans” paytaxtda yeni bir metro stansiyasının dizaynı üçün İrəvan Bələdiyyəsinin tenderində qalib olub.
Bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan İctimai Televiziyaya müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi bu layihəni maliyyələşdirməyi, həmçinin tikinti işlərini həyata keçirməyi təklif edib.
İnvestisiya proqramının ümumi dəyəri 150 milyon dollardır. Kerobyan qeyd edib ki, məsələ 10 illik maliyyələşdirmə ilə bağlıdır və bu barədə artıq yazılı razılaşma var.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*