Rusiya SOCAR neft anbarını “Şahed” raketləri ilə vurdu: ağır yaralananlar varbackend

Rusiya SOCAR neft anbarını “Şahed” raketləri ilə vurdu: Ağır yaralananlar var

Rusiya Silahlı Qüvvələri gecə saatlarında Azərbaycanın SOCAR şirkətinə məxsus neft bazasını hədəfə alıb.

KONKRET.az RBK-Ukraina agentliyinə istinadla xəbər verir ki, hücum nəticəsində dörd əməkdaş ağır xəsarətlər alıb.

Prokurorluğun ilkin məlumatına görə, zərbə nəticəsində nasos stansiyası qismən dağılıb, müəssisəyə ciddi ziyan dəyib.

Qeyd edək ki, bu, son həftələr ərzində SOCAR-a aid obyektlərə ikinci hücumdur. Daha əvvəl Orlovka yaxınlığında Azərbaycan qazının keçməli olduğu qazpaylayıcı stansiya zədələnmişdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*