Rusiya-Ukrayna müharibəsi qızışır – Xarkova ardıcıl raket hücumları davam edirbackend

Rusiya-Ukrayna müharibəsi qızışır - Xarkova ardıcıl raket hücumları davam edir

Rusiyanın Xarkovdakı bombalı hücumunda ölənlərin sayı artıb. Ukrayna ölən və yaralananların sayını açıqlayıb

KONKRET.az xəbər verir ki, NATO və Belçikanın Ukraynaya doğru hərəkətindən sonra Rusiya daha da qızışıb. Onlar Ukraynanın Xarkov şəhərinə hücumlarını gücləndiriblər. Bölgədə ölən və yaralananların olduğu bildirilib.

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi NATO-nun mövqeyi və Belçikanın F-16 dəstəyi ilə daha da böyüyüb. NATO-nun baş katibi Yens Stoltenberqin “Ukrayna Rusiyanı vurmalıdır” deməsindən sonra Belçikanın Ukrayna ilə silah müqaviləsi Putini daha da hiddətləndirib.

Bu yaxınlarda Rusiyanın Ukraynanın Xarkov şəhərində tikinti materialları satan mağazanı vurması nəticəsində 11 nəfər həyatını itirib. Ötən gecə Xarkov vilayətindən yeni xəbər gəlib. Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda yaşayış məntəqəsinə Rusiya qüvvələrinin həyata keçirdiyi raket hücumu nəticəsində ən azı 4 nəfərin öldüyü, 24 nəfərin yaralandığı bildirilib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*