Rusiya Müdafiə Nazirliyi fevralın 12-də Kiyevin Zaporojye atom elektrik stansiyasında MAQATE ekspertlərinin karvanına qarşı planlaşdırdığı hücumu, eləcə də dron və artilleriyadan istifadəni təsdiqləyən video kadrları nümayiş etdirib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya MN vurğulayıb ki, Rusiya hərbçiləri MAQATE ekspertlərinin rotasiyasının baş verdiyi ərazidə sükut rejiminin yaradılması üzrə öhdəliklərini tam yerinə yetiriblər.
“MAQATE ekspertlərinin rotasiyasının pozulması sırf Ukrayna tərəfinin düşünülmüş hərəkətləri nəticəsində baş verib”, – bəyanatda deyilir.
Hərbçilər həmçinin xatırladıblar ki, fevralın 5-nə planlaşdırılan əvvəlki rotasiya Ukrayna tərəfindən eyni şəkildə pozulub.
Müşviq Tofiqoğlu
KONKRET.az