Uitkoff Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinə hərbi-siyasi nəzarət ideyasını dəstəkləyib.
KONKRET.az xəbər verir ki, The Times nəşrinin məlumatına görə, ABŞ-ın prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkoffun Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinə hərbi-siyasi nəzarət ideyasını dəstəklədiyi bildirilir.
Nəşr yazır ki, bu məsələ nümayəndənin yaxın günlərdə Moskvaya səfəri zamanı müzakirə olunub. İdeyaya əsasən, Rusiya işğal etdiyi ərazilərə hərbi və iqtisadi baxımdan nəzarət edə bilər, lakin formal anneksiya həyata keçirilməz, Ukraynanın sərhədləri isə “kağız üzərində” toxunulmaz qalardı.
Belə razılaşma Ukrayna Konstitusiyasına görə sərhəd dəyişiklikləri ilə bağlı ümumxalq referendumunun keçirilməsini tələb etməzdi.
Natiq Səlim,
KONKRET.az