Rusiya müdafiə naziri Andrey Belousov Moskvada suriyalı həmkarı general Muxrəf Əbu Qəsra ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belousov Vladimir Putin və Əhməd əl-Şara arasında son görüşü xatırladaraq, hazırkı danışıqların iki ölkə arasında aktiv və səmərəli əməkdaşlığı təsdiqlədiyini vurğulayıb.
O, əlavə edib ki, prezidentlərin görüşü iki ölkə arasında hərbi münasibətlərin inkişafına yeni təkan verib.
General Əbu Qəsra səfərin təşkilinə görə Rusiya rəhbərliyinə təşəkkür edib və ölkələr arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Danışıqlar zamanı nazirlər ikitərəfli əməkdaşlığın yeni sahələrinin tətbiqini müzakirə ediblər.
Müşviq Tofiqoğlu
KONKRET.az
