Rusiya və Ukrayna yeni görüşlə bağlı razılığa gəlib – Hakan Fidanbackend

Rusiya və Ukrayna yeni görüşlə bağlı razılığa gəlib – Hakan Fidan

Rusiya və Ukrayna mayın 16-da İstanbulda keçirilən danışıqlardan sonra yeni görüşlə bağlı razılığa gəlib.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“İntensiv diplomatik səylər sayəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirdilər. Tərəflər yeni görüşlə bağlı prinsipial razılığa gəliblər”, – H. Fidan bildirib.

O əmin edib ki, Türkiyə Rusiya və Ukrayna arasında davamlı sülhün təmin edilməsi üçün mümkün olan hər şeyi etməyə davam edəcək.

Qeyd edək ki, İstanbulda aparılan danışıqlarda tərəflər “1000-ə 1000” düsturuna əsasən hərbi əsirlərin dəyişdirilməsi barədə razılığa gəliblər.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Kiyev və Moskva atəşkəs rejiminin yaradılması ilə bağlı bir-birlərinə konkret təkliflər təqdim etməyə razılaşıblar. Onun sözlərinə görə, bundan sonra əlaqələr davam edəcək.

Medinski qeyd edib ki, Rusiya tərəfi nəticədən razıdır və əlaqələri davam etdirməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*