Rusiya yeni hücuma HAZIRLAŞIR – Sırski AÇIQLADIbackend

Rusiya yeni hücuma HAZIRLAŞIR - Sırski AÇIQLADI

Aleksandr Sırski Xarkov istiqamətində Rusiyanın yeni hücumuna hazır olmaq barədə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski Reuters agentliyinə müsahibəsində Rusiyanın Xarkov vilayəti istiqamətində yeni hücuma başlaya biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, Rusiya ordusu “say üstünlüyü ilə təzyiq göstərməyə çalışır”, lakin Ukrayna buna qarşı lazımi taktiki və texnoloji həllər tapmağa hazır olmalıdır:

“Biz onların irəliləməsinə imkan verməmək üçün uyğun qərarlar qəbul etməliyik”, – deyə Sırski bildirib.

Agentlik qeyd edir ki, son aylar ərzində Rusiya qüvvələri artıq Ukraynanın şimalında yerləşən Sumı vilayətinə daxil olaraq orada kiçik bir dayaq nöqtəsi yaradıblar. Bu isə hücumların daha da genişlənəcəyinə işarə ola bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*