backend

Rusiyada araqdan ölənlərin sayı artıb - Qorxunc statistika

Rusiyada spirtli içki istehlakı ucbatından ölümlərin sayı keçən il artıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Rosstat” məlumat yayıb.

2020-ci ildə bu cür hadisələrin sayı 50.435-ə çatıb ki, bu da 2019-ci ilə nisbətən 3 min nəfər (47.427 ölüm) çoxdur. Eyni zamanda, 2019-cu ildə 2018-ci ilə nisbətən alkoqoldan ölüm nisbətinin təxminən 2% azaldığı üzə çıxıb.

Həmçinin, 2020-ci ildə zehni pozğunluqlar və davranış pozğunluqları ilə əlaqəli ölümlərdə 20% artım olub və 24.159-a çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2019-cu ildə Çukotka alkoqolizmin ən yüksək səviyyədə olduğu bölgəyə çevrilib. İkinci yeri Nen Muxtar Dairəsi (141.5 hadisə), üçüncü yeri isə Penza bölgəsi (123.5 hadisə) tutub. Onları Saxalin (116.6) və Maqadan (116.1) bölgələri izləyir. Koronavirus pandemiyası zamanı tətbiq olunan özünütəcrid rejimi zamanı Rusiyada alkoqol istehlakının yüzdə 2-3 nisbətində artması müşahidə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*