Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” barıt istehsalı zavodunda yanğın və partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb, daha 74 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də insanların qaldığı bildirilir.
100-ə yaxın işçi təxliyə olunub.
Partlayışın səbəbi barıt istehsal olunan sexdə təhlükəsizlik qaydalarının pozulması göstərilib.