Rusiyada bir gündə 49 nəfər suda batdıbackend

Rusiyada bir gündə 49 nəfər suda batdı

Son 24 saat ərzində Rusiyada su hövzələrində 49 nəfər batıb.

KONKRET.az xəbər verir ki, bu barədə iyulun 7-də ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, su hövzələrində 65 hadisə qeydə alınıb. Yeddisi uşaq olmaqla 49 nəfər həlak olub.

Bir çox hallarda ölüm səbəbi uyğun olmayan yerdə çimmək olub.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 2024-cü ildə Rusiyada su hövzələrində 1 254 nəfər boğulub. (Apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*