Roskomnadzor beş kitab saytını qadağan olunmuş məlumatların reyestrinə əlavə edib. Reyestrə BAbook, Freedom Letters, Ruslania, Book Amaro və Goodreads saytları daxil olub.
KONKRET.az xəbər verir ki, bu barədə informasiya Rusiya mətbuatında yer alıb.
Xatırladaq ki, BAbook veb-saytı yazıçı Boris Akunin tərəfindən yaradılıb (“xarici agentlər” reyestrində), “Azadlıq məktubları” senzura məhdudiyyətlərinə görə
Rusiyada nəşri mümkün olmayan kitabları (“xarici agent” elan edilmiş, “terrorçular və ekstremistlər” siyahısına daxil edilmiş müəlliflərin əsərləri və ya Ukrayna müharibəsi haqqında ədəbiyyat) nəşr edir.
Ruslania və Book Amaro Avropada yerləşən və rus dilində kitab satan onlayn kitab mağazalarıdır. Goodreads dünyanın ən böyük kitab mağazalarından biridir.
RİA Novosti agentliyinin Roskomnadzorun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, resurs sahibləri agentliyin xəbərdarlıqlarına məhəl qoymasalar, Rusiyada saytlara giriş məhdudlaşdırılacaq.
Günel Mikayılova,
KONKRET.az