Rusiyada helikopter qəzası – Ekipaj üzvləri həlak oldubackend

Rusiyada helikopter qəzası - Ekipaj üzvləri həlak oldu

Rusiyanın Leninqrad vilayətində “Mi-28” helikopteri qəzaya uğrayıb, ekipaj ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“18 mart 2025-ci il tarixində Leninqrad vilayəti ərazisi üzərindəki hava məkanında planlı təlim-məşq uçuşu zamanı Mi-28 helikopteri qəzaya uğrayıb. Hava gəmisi yaşayış məntəqələrindən uzaq, əhalinin olmadığı əraziyə düşüb. Ekipaj həlak olub”, – məlumatda deyilir.

Qeyd edilib ki, hadisə yerinə axtarış-xilasetmə qrupu gəlib.//“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*